DİQQƏT! 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29 Avqust 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
10.12.2024, 10:25
Bakı Hərbi Məhkəməsinin tanınmış hakimi Rafiq Abbasov təqaüdə göndərilib.
Oxu24.com un məlumatına görə, Rafiq Abbasov hakimlik fəaliyyəti üçün son yaş həddini başa vurub.
Onun sonuncu işi müdafiə nazirinin yeyintidə ittiham olunan mərhum sabiq müavini Fuad Məmmədovun məhkəməsi idi.
R.Abbasov həmin işdə yan hakim kimi iştirak edirdi. Həmin iş uzandığından o, tərkibdən ayrılıb. Ötən gün Abbasovu ezam gəlmiş hakimlərdən biri əvəzləyib.
Karyerası ərzində çox sayda səs-küylü cinayət işinə hakimlik etmiş R. Abbasov bir neçə gün əvvəl son hökmünü oxuyub. İttihamedici hökmlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) sabiq maliyyə-xidmət rəisi polkovnik-leytenant Rəşad Məlikzadə 11 il 6 ay azadlıqdan məhrum edilib. Bununla da Rafiq Abbasov hakim kimi məhkəmə salonları ilə həmişəlik vidalaşıb.
Qeyd edək ki, R. Abbasov hakimlikdən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olub. Hüquq və jurnalistika diplomlu Abbasovun bir sıra qəzetlərdə yazıları dərc edilib.
O, hakimlik müddətində MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, general Nizami Məmmədov və digərləri haqda hökm çıxaran hakimlərdəndir. Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryana hökm çıxaranlardan biri də bu hakim olub.
13:40 / 29 Avqust 2026
1
13:34 / 29 Avqust 2026
18
13:14 / 29 Avqust 2026
370
12:59 / 29 Avqust 2026
41
12:55 / 29 Avqust 2026
309
12:35 / 29 Avqust 2026
46
12:15 / 29 Avqust 2026
56
11:59 / 29 Avqust 2026
64
11:58 / 29 Avqust 2026
63
11:45 / 29 Avqust 2026
63
11:24 / 29 Avqust 2026
59
11:09 / 29 Avqust 2026
74
10:55 / 29 Avqust 2026
68
10:42 / 29 Avqust 2026
57
10:37 / 29 Avqust 2026
111
10:30 / 29 Avqust 2026
65
10:28 / 29 Avqust 2026
61
10:15 / 29 Avqust 2026
64
09:52 / 29 Avqust 2026
71
09:43 / 29 Avqust 2026
68
09:30 / 29 Avqust 2026
60
09:15 / 29 Avqust 2026
66
08:59 / 29 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.