DİQQƏT! 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29 Avqust 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
421
10.12.2024, 09:30
Kartof ən qiymətli tərəvəz növlərindən biridir.
OXU24.COM xəbər verir ki, bu tərəvəz tərkibindəki vitaminlər, minerallar, lif və fitokimyəvi maddələr vasitəsilə sağlamlığa bir çox fayda verir.
Tərkibində lif, kalium, C vitamini və B6 vitamini kimi qiymətli maddələr var. Kartof toxluq hissini uzadır və tərkibindəki liflə arıqlamağa kömək edir.
Bundan əlavə, lif xolesterol və qan şəkəri səviyyələrini nəzarət altında saxlayaraq ürək xəstəliklərinin qarşısını almağa kömək edir.
Tərkibindəki liflər müxtəlif tərəvəzlərdə olan liflərdən daha çox həll olunur. Bu liflər bağırsaqlar üçün faydalı olan probiyotiklər kimi fəaliyyət göstərir. Həzm sağlamlığı üçün faydalıdır və qəbizliyin qarşısını alır.
Kartof antioksidantlarla zəngin bir tərəvəzdir. Antioksidantlar bədənə daxil olan sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır. Kartofun müntəzəm istehlakı ürək xəstəlikləri ilə yanaşı bakterial xəstəliklər riskini azaltmağa kömək edə bilər.
Kartof kalium mənbəyidir. Kaliumla zəngin bir pəhriz qan təzyiqini aşağı salmağa, ürək sağlamlığını qorumağa və insult riskini azaltmağa kömək edir.
Kartofda olan dəmir, fosfor, kalsium, maqnezium və sink kimi elementlər sümük sağlamlığı üçün faydalıdır.
Kartof müntəzəm istehlak edildikdə bir çox xərçəng növü riskinin qarşısını almaqda faydalı ola bilər. Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.
Kartof əhəmiyyətli miqdarda lif ehtiva edir. Bu tərəvəz maddələr mübadiləsini yaxşılaşdırır, kəskin qastrit simptomlarını aradan qaldırır, eləcə də mədə turşuluğunu azaldır.
Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.
Kalium ilə zəngin olan kartof dərinin cavan və təravətli qalmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır.
13:40 / 29 Avqust 2026
1
13:34 / 29 Avqust 2026
18
13:14 / 29 Avqust 2026
370
12:59 / 29 Avqust 2026
41
12:55 / 29 Avqust 2026
309
12:35 / 29 Avqust 2026
46
12:15 / 29 Avqust 2026
56
11:59 / 29 Avqust 2026
64
11:58 / 29 Avqust 2026
63
11:45 / 29 Avqust 2026
63
11:24 / 29 Avqust 2026
59
11:09 / 29 Avqust 2026
74
10:55 / 29 Avqust 2026
68
10:42 / 29 Avqust 2026
57
10:37 / 29 Avqust 2026
111
10:30 / 29 Avqust 2026
65
10:28 / 29 Avqust 2026
61
10:15 / 29 Avqust 2026
64
09:52 / 29 Avqust 2026
71
09:43 / 29 Avqust 2026
68
09:30 / 29 Avqust 2026
60
09:15 / 29 Avqust 2026
66
08:59 / 29 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.