BDU təcili AÇIQLAMA YAYDI
21 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
347
09.12.2024, 22:10
Son günlərdə quş əti məhsullarının qiymətində artım müşahidə olunur.
OXU24.COM -un məlumatına görə, əsas ərzaq kateqoriyalarından olan bu məhsulun bahalaşması həm istehlakçıların gündəlik xərclərini artırır, həm də restoran və ictimai iaşə sektoruna təsir edir.
Marketlərdə toyuq ətinin qiymətlərində 0.50-1 AZN arasında bahalaşma müşahidə olunur. Əvvəllər 17-18 manata alınan hind toyuğu ətinin qiyməti isə 19-20 manata yüksəlib.
Bahalaşma ilə bağlı BAKU.WS-ə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, burada səbəblərdən biri tələbin qısamüddətli dövr üçün kəskin artmasıdır:
"Digər səbəb isə təklif aspektindən müəyyən gecikmələrin ortaya çıxması və həmçinin bu istiqamətdə yerli istehsalçıların bazarın tələbinə uyğun olaraq məhsulu bazara təklif edə bilməməsi amilidir. Eyni zamanda burada digər faktorlar da təbii ki, öz rolunu oynayır.
Məhsullar bu bazarda, xüsusilə də çox dinamikdir, qismən liberal bazar hesab olunur. Çünki xüsusilə yerli təchizatçıların sayı çoxdur və bu istiqamətdə idxal meyilləri də vardır. Buna görə də bolluq yaranan kimi qiymətlər ucuzlaşır. Əksinə təchizat zəncirində müəyyən problemlər ortaya çıxanda, xüsusilə də broyerlərin hər hansı birində məhsul istehsalı ilə bağlı çatışmamazlıq ortaya çıxanda və broyler bazara məhsul təklif etməyəndə qısa müddətdə qiymətlərdə öz əksini tapır. Yəni bildirdiyimiz kimi, bu bazarda, xüsusilə də qiymət elastikliyi çox yüksəkdir".
17:43 / 21 Noyabr 2026
1
17:30 / 21 Noyabr 2026
46
17:17 / 21 Noyabr 2026
64
17:16 / 21 Noyabr 2026
97
17:08 / 21 Noyabr 2026
99
16:45 / 21 Noyabr 2026
83
16:39 / 21 Noyabr 2026
117
16:26 / 21 Noyabr 2026
201
16:20 / 21 Noyabr 2026
115
16:05 / 21 Noyabr 2026
97
16:00 / 21 Noyabr 2026
133
15:49 / 21 Noyabr 2026
126
15:48 / 21 Noyabr 2026
97
15:36 / 21 Noyabr 2026
129
15:35 / 21 Noyabr 2026
99
15:32 / 21 Noyabr 2026
117
15:30 / 21 Noyabr 2026
353
15:29 / 21 Noyabr 2026
102
14:55 / 21 Noyabr 2026
117
14:50 / 21 Noyabr 2026
134
14:35 / 21 Noyabr 2026
733
14:28 / 21 Noyabr 2026
101
14:20 / 21 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.