Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra - Zahid Oruc YAZIR
29 Avqust 2026, 14:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
913
09.12.2024, 16:53
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq qatarların hərəkət cədvəlinə dəyişikliklər edir.
Oxu24.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.
Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.
Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı–Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir: “Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır".
Həmçinin məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.
15:28 / 29 Avqust 2026
1
14:39 / 29 Avqust 2026
49
14:09 / 29 Avqust 2026
67
14:01 / 29 Avqust 2026
58
13:40 / 29 Avqust 2026
72
13:34 / 29 Avqust 2026
119
13:14 / 29 Avqust 2026
1024
12:59 / 29 Avqust 2026
57
12:55 / 29 Avqust 2026
645
12:35 / 29 Avqust 2026
57
12:15 / 29 Avqust 2026
68
11:59 / 29 Avqust 2026
82
11:58 / 29 Avqust 2026
77
11:45 / 29 Avqust 2026
71
11:24 / 29 Avqust 2026
63
11:09 / 29 Avqust 2026
80
10:55 / 29 Avqust 2026
79
10:42 / 29 Avqust 2026
62
10:37 / 29 Avqust 2026
152
10:30 / 29 Avqust 2026
76
10:28 / 29 Avqust 2026
70
10:15 / 29 Avqust 2026
72
09:52 / 29 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.