Oxu24.com xəbər verir ki, Azərbaycanlı jurnalist Günay Arda Bakıda yerləşən erməni kilsəsinin bağlı qalmasına etiraz edib. O, şəxsi feysbuk səhifəsində bununla bağlı paylaşım edib. Məlumat üçün bildirək ki, Günay Arda nüfuzlu hüquq portalı olan Femida.az saytının redaktorudur.
Həmin statusu olduğu kimi təqdim edirik:
1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda , Bakının tən ortasında kilsənin tikintisi başa çatdı. 1888-cü ildə kilsənin zəng qülləsi tikildi.
Çox qısa vaxtdan sonra (1903,12 iyun) Qafqazın mülki işlər üzrə baş rəisi Q.Qolitsının vəsatəti əsasında kilsənin mülkiyyəti Rusiyanın Torpaq və Əmlak Nazirliyinin idarəetməsinə keçməsinə dair imperator qanun imzaladı. Bu da o demək idi ki, mülkiyyəti Çar Rusiyasında hər hansı bir nazirliyin ixtiyarına keçən kilsə avtomatik ortodoks idarəetməsinə keçirdi. Çar Rusiyasında PROVASLAVLIQ VƏ QEYRİLƏRİ anlayışı var idi. Qısaca, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yox idi.
{banner_reklam}
Kilsənin tarixçəsi erməni xəyanətinin əbədiliyinin əyani sübutudur. Necə oldu ki, Qolistın belə bir vəsatət qaldırmağa məcbur oldu? Çünki bura heç vaxt dini məbəd kimi fəaliyyət göstərməmişdi. Ermənilər kilsəni siyasi mərkəzə çevirmişdi. Kilsədə antirus təbliğatı aparır, Daşnaksütun ideyalarını inkişaf etdirirdilər. Çar Rusiyasına qarşı inqilabi hərəkatın formalaşması üçün burada pullar toplanırdı. Bu işi isə üzərinə götürən adam erməni katalikosu idi.
Dəyişilməz fakt odur ki, kilsə 1903 –cü il , 12 iyunda provaslav-ortodoks idatəetməsinə keçib. Erməni Daşnaksutyun Terror Qruplaşması üçün pul toplayan obyekt olmaqdan çıxıb.
Mülkiyyətini itirmiş kilsə isə idarəetməsini, hər şeyini itirmiş olur. Kilsə hazırda Prezident Kitabxanasının nəznindədir, qiymətli arxiv materialları ilə zəngindir. Bu kilsəniin muzey kimi Azərbaycan vətəndaşlarının ixtiyarına verilməsi vacibdir. Kilsə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi “Azərbaycan tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib. Bir sözlə , bu kilsənin bizim üçün digər tarixi abidələrimizdən fərqi yoxdur.
Bakıya gələn provokatorlara imkan yaratmamalıyıq. Tarix hamıya açıq olmalıdır.
Turistlər bu kilsənin vasitəsilə, muzey formatında ermənilərin Bakıdakı xəyanət planlarından xəbərdar olmalıdır.
Bura simvolik yer olmalıdır. Erməni cinayətlərinə aid stendlər, filmlər burda baxışa çıxarılmalıdır.
Oxu24.com
ŞƏRHLƏR