Kəmərlidə faciəli ölüm
21 Noyabr 2026, 18:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
734
09.12.2024, 10:21
Təhlükəsizlik qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Oxu24.com xəbər verir ki, ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, FHN aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladıb:
- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;
- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!
18:18 / 21 Noyabr 2026
1
17:54 / 21 Noyabr 2026
84
17:43 / 21 Noyabr 2026
592
17:30 / 21 Noyabr 2026
82
17:17 / 21 Noyabr 2026
89
17:16 / 21 Noyabr 2026
130
17:08 / 21 Noyabr 2026
121
16:45 / 21 Noyabr 2026
98
16:39 / 21 Noyabr 2026
125
16:26 / 21 Noyabr 2026
227
16:20 / 21 Noyabr 2026
124
16:05 / 21 Noyabr 2026
105
16:00 / 21 Noyabr 2026
149
15:49 / 21 Noyabr 2026
141
15:48 / 21 Noyabr 2026
108
15:36 / 21 Noyabr 2026
138
15:35 / 21 Noyabr 2026
108
15:32 / 21 Noyabr 2026
127
15:30 / 21 Noyabr 2026
517
15:29 / 21 Noyabr 2026
111
14:55 / 21 Noyabr 2026
129
14:50 / 21 Noyabr 2026
146
14:35 / 21 Noyabr 2026
854
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.