Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12501
az

Döymələr haqda bilmədikləriniz

17:0428 Aprel, 2019
1283
CƏMİYYƏT
  • A
 "Tatuirovka", "nakolka" və ya tatu sözlərinin hamısı bir məna kəsb edir.

Biz buna döymə deyirik. Döymə etdirmək artıq dünyada, həmçinin bizim ölkədə də dəb halını alıb. Ölkəmizdə bunu xüsusi ilə də gənc qızlar və oğlanlar edir. Sizə maraqlı gələ bilər, amma döymə etdirən insanların əksəriyyətini qadınlar təşkil edir.

Oxu24.com Modern.az-a istinadən bildirir ki, döymə etdirənlərin 59%-i qadın cinsinə aiddir.

Əvvəllər yalnız insanların faça izlərini gizlətmək üçün etdirdikləri çirkin şəkillərdən ibarət döymə anlayışımız da getdikcə inkişafa başladı. Döymə yəni müxtəlif simvollar və ya şəkillərin bədəndə əks olunması deməkdir. Dünyada əksər ölkələrdə bəzək yaxud xatirə olaraq etsələr də, bir çox cəmiyyətdə döymənin xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim kimi qəbul olunur.

Döymə ənənəsi çox qədimdir. Deyilənə görə, döymə 8 min il öncə Afrikanın cənubunda yaşayan bir qəbilədə meydana gəlib. O vaxtdan bu günə qədər müxtəlif mərhələləri keçən döymə bu gün cəmiyyətdə incəsənət növü kimi qiymətləndirilir. Döymə (aparatı) tapançası 1800-ci illərin sonlarına doğru icad edilib və o zamandan bəri də çox dəyişməyib. Bu silah əsasən iynə, mürəkkəb balonu, mühərrik və sürəti tənzimləmək üçün istifadə olunan pedaldan ibarətdir. Qədim Misirdə döymənin olması mumiyalardan aydın olmuşdur. Misirlilərin xaricində britonların, qalyalıların və trakların da döymələri olub. Qədim yunanlılar və romalılar, döyməni günahkarlar və kölələrə edərdilər. Əvvəllər xristianlıq inancında döymə qadağan edilmişdi. Buna qarşı ilk xristianlar, bədənlərinə İsanın adını ya da xaç naxışları daşıyan döymələr etdiriblər.

Əsrlər keçdikcə avropalılar döyməni unutdular. 18-ci əsrin sonlarında dəniz səyahətlərində Amerika hindularında da döymə sənəti yayılıb. Avropalar döymə qarşılığı olan "tattoo" sözünü taiti dilindəki "tautau" sözündən götürüblər. Döymə sənəti 20-ci əsrin əvvələrindən sonra, xüsusilə dənizçilər arasında məşhur idi. Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edilirdi. Amma gigiyenaya əhəmiyyət verilmədiyi üçün icazəsiz döyməyə qadağa qoyuldu.

Döymə çox zərəli və müəyyən dərəcədə də əziyyətlidir. Qalıcı döymə, AIDS, xroniki böyrək çatmazlığı, sarılıq, hepatit B və C kimi bir çox xəstəliyə səbəb olur. Həkimlər bildirirlər ki, iynələrin üstündə olan mikrobların bədənə girərək xəstəliklərə səbəb olur. Müvəqqəti döymələr də ən azı qalıcı döymələr qədər təhlükəlidir. Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan pirsinq və döymə, gözəl bir görüntü versə də bir çox allergiya xəstəliklərinə səbəb olur. Mütəxəssislər, az zərərli kimi bilinən müvəqqəti döymənin də dəridə yara yaramasına səbəb olduğunu bildiriblər.

Bu gün döymələrin xərci təxminən 100-200 manatdan başlasa da, ölçüsünə və qeyri-adiliyinə görə neçə min manat ola bilər. Amerikada döymə sektoru o qədər geniş şəkil alıb ki, aktiv olaraq çalışan 20 mindən çox dükan var və hər il bu dükanlarda 1.85 milyard dollar sərf olunur amma, ölkəmizdə bu sahədə bazar təqibi çox sağlam edilmədiyi üçün əlimizdə bu tip bir məlumat yoxdur .

Döymə zamanı hiss edilən ağrı tətbiq edilən nahiyədən-nahiyə və və adamdan-adama dəyişsə də, insanlar bu ağrını ümumiyyətlə arı soxmasına və ya ağır dərəcəli günəş yanması ilə müqayisə edirlər. Müntəzəm olaraq günəş işığına məruz qalan nahiyələrə edilən döymələr ümumiyyətlə daha az incidir.

Sonda bildirək ki, bəs görəsən İslamda döyməyə münasibəti nədir?

Bunun qadağan olduğunu peyğəmbərimiz öz hədislərində bildirib. Bu hədislər və Quran ayələri əsasında da İslam alimləri də bu məsələdə qərara alıblar ki, İslam dininə görə döymə haram sayılır. Bəyənilməyən bir əməldir. Konkret döymənin adı çəkilən Quran ayəsi olmasa da, insanın bədəninin dəyişdirilməsi ilə bağlı ayə var. Bunu Quranı təfsir edən alimlər döymələrə də aid ediblər. Ona görə də haram sayılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu