Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA
29 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
346
07.12.2024, 21:58
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Reo Med Tibb Mərkəzi" MMC altı min manat cərimə edilib.
OXU24.COM xəbər verir ki, klinikanın cərimə edilməsinə səbəb C.V. adlı şəxsin "Reo Med"də cərrahiyyə əməliyyatının uğursuz keçməsi olub.
Belə ki, C.V. "Reo Med"in həkimi Ramiz Kərimov tərəfindən mammoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurlu keçmədiyi və sağlamlığında fəsadlar yarandığı barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, plastik cərrahiyyə lisenziyası olmayan klinikada C.V.-nin sağlamlığında fəsadlar yaranması ilə nəticələnən mammoplastika əməliyyatı keçirilib.
Nəticədə klinika barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Reo Med Tibb Mərkəzi" MMC 6 000 manat məbləğində inzibati cərimə olunub. C.V. adlı şəxsə dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
19:48 / 29 Avqust 2026
1
19:17 / 29 Avqust 2026
31
19:10 / 29 Avqust 2026
55
19:01 / 29 Avqust 2026
66
18:22 / 29 Avqust 2026
57
18:00 / 29 Avqust 2026
92
15:30 / 29 Avqust 2026
103
15:28 / 29 Avqust 2026
143
14:39 / 29 Avqust 2026
108
14:09 / 29 Avqust 2026
116
14:01 / 29 Avqust 2026
101
13:40 / 29 Avqust 2026
114
13:34 / 29 Avqust 2026
158
13:14 / 29 Avqust 2026
1632
12:59 / 29 Avqust 2026
76
12:55 / 29 Avqust 2026
1013
12:35 / 29 Avqust 2026
75
12:15 / 29 Avqust 2026
85
11:59 / 29 Avqust 2026
98
11:58 / 29 Avqust 2026
100
11:45 / 29 Avqust 2026
94
11:24 / 29 Avqust 2026
82
11:09 / 29 Avqust 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.