Uzun müddət prokurorluq sistemində rəhbər vəzifələrdə çalışmış Şirxan Adıgözəlov vəfat edib.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır şəkərli diabetdən əziyyət çəkən 63 yaşlı Ş.Adıgözəlov səhhəti son günlərdə ağırlaşıb, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Adıgözəlov Şirxan Yusif oğlu 26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. O, uzun müddət prokurorluq sistemində çalışıb, 2004-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.
Şirxan Adıgözəlov həmdə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru idi.
Allah rəhmət eləsin!
Oxu24.com
ŞƏRHLƏR