Qaynar xətt:

(+99450) 247 90 86

BQXK ilin birinci yarısında 33 başçəkmə həyata keçirib

BQXK ilin birinci yarısında 33   başçəkmə  həyata    keçirib

CƏMİYYƏT

185

06.12.2024, 10:58

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində 11 saxlama məntəqəsində 33 başçəkmə həyata keçirib.

Oxu24.com ın xəbərinə görə, başçəkmələr məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün olub.

Bundan başqa BQXK əməkdaşları tərəfindən yanvar-iyun ayları ərzində 1,127 itkin ailəsi ziyarət edilib və onlardan 53-nə təməl psixososial dəstək göstərilib:

"Eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət həyata keçirilib. Bununla yanaşı, 90 itkin ailəsi üzvünün anım mərasimində iştirak edib. 28 sirdaş ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərlə bağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaq bacarıqlarını artırıb".