8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
05.12.2024, 14:12
Naxçıvan Sənaye Parkı yaradılır.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.
İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməli, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 (üç yüz on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.