Buraxılış imtahanından maksimum bal toplayan şagird: "Şəxsi telefonum yoxdur"
08 İyun 2025, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
4136
05.12.2024, 12:22
“Space” televiziyasında son günlər ciddi maliyyə problemləri yaşanır.Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır.
Oxu24.com saytının əldə etdiyi məlumata görə,ciddi maliyyə böhranı ilə üzləşən telekanal kütləvi şəkildə əməkdaşlarını ixtisara salır. Əvvəllər 300-dən çox əməkdaşı olan kanalın hazırda cəmi 60-70 nəfər işçisi qalıb. İşdən çıxarılanlar sürücülər,müxbirlər, montajorlar,rejissorlar, operatorlar və digər texniki işçilərdir.
Bəs “Space” televiziyasında nə baş verir? Kanalın belə çöküşünün səbəbi nədir?
Oxu24.com-un müxbirinin araşdırması zamanı bir sıra digər faktlar da ortaya çıxıb. Məlum olub ki,telekanalda maliyyə problemləri üzündən 4 aya yaxındır ki, işçilərin əməkhaqları ödənilmir. Bu səbəbdən də maaşlarını ala bilməyən işçilər telekanaldan dəfələrlə rəsmi qurumlara şikayətlər ediblər.
Kanalın adının çəkilməsini istəməyən xanım əməkdaşının müxbirimizə verdiyi məlumata görə, işçilər ya məcburi şəkildə işdən ərizə yazdırılıb çıxarılır, ya da məzuniyyətə göndərilir və geri qaytarılmırlar. Hətta son vaxtlarda maaşların gecikdirilməsinə görə telekanal bir neçə dəfə Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib.
(Fotoda jurnalist Zamirə Dadaşova)
Qeyd edək ki,bir müddət öncə kanalın əməkdaşı Zamirə Dadaşova qanunsuz olaraq işdən çıxarıldığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilmişdi.
Z. Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib.İddia tam təmin edilib.
Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V. Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.
“Space”in maşınları hara yoxa çıxıb?
Telekanalın problemləri bununla bitmir. İddiaya görə ciddi avtomobil problemi yaşayan əməkdaşlar çəkilişlərə yük maşınlarında getməyə məcbur qalırlar.
Əldə etdiyimiz məlumata görə,dünəndən etibarən sürücülərin də işdən çıxarılmasına başlanılıb. 20-dən artıq sürücüsü olan telekanalın hazırda 6-7 nəfər əməkdaşı işdə qalıb.Adının çəkilməsini istəməyən işdən çıxarılan sürücü bildirib ki,kanalda maşınlar olmadığı üçün çəkilişə şəxsi avtomobilləri ilə gedirdilər.”Maşınların yarısı orda-burda,yarısı da 1 ildir ki, təmirdə yatır”,-deyə keçmiş əməkdaş bildirib.
Qeyd olunan ciddi maliyyə böhranı səbəbindən kanalda fəaliyyət göstərən tanınmış aparıcılar da bir-bir kanalı tərk edir.Bir müddət əvvəl İlham Mirzəyev “Space”dən ayrılaraq digər kanala keçib. Əldə etdiyimiz məlumata görə, aparıcılar İlhamə Bədəlova, Azər Axşam da bu yaxınlarda kanalı tərk edəcək.
Qeyd edək ki,reytinqli layihələr də Space TV-də yayımını dayandırıb.Yeni mövsümdə kanal rəhbərliyi sosial layihələrdən,bəzi musiqi verilişlərindən imtina etmişdi. Hazırda kanalda Azər Axşam,Amil Xəlil,Elman Bakuvi rəsmi müqavilə əsasında aparıcı kimi çalışırlar .İddialara görə,digər aparıcılar kanalda prodakşın və yaxud ödənişsiz olaraq fəaliiyət göstərirlər.Bu mövsümdə adətən müğənnilərə pulsuz efir vaxtları verilib.
Ciddi problemlər yaşadığı kanalı “Namus” serialı da tərk edir. Serialın yeni ildən etibarən “ARB” kanalında yayımlanacağı gözlənilir.Serialın hansı səbəbdən "SPACE" kanalını tərk edib,ARB-yə keçməsinin səbəbi məlum deyil.
Həmçinin oxuyun
Oxu24.com iddialarla bağlı “Space” TV-nin Xəbərlər Departamentinin baş redaktoru Elman Bakuvi ilə əlaqə saxlayıb. Onun sözlərinə görə,hazırda xəbərlər departemində heç bir problem yaşanmır.
Elman Bakuvi
“Bizim departamentdə heç bir ixtisar yoxdur. Əməkdaşlar da əməkhaqlarını vaxtında alırlar”,-deyə E.Bakuvi bildirib.
Amil Xəlil
Kanalın aparıcısı olan jurnalist Amil Xəlillə də əlaqə saxladıq. O, müxbirimizin sualına “çəkilişdəyəm,sonra danışarıq” ,- deyə dəstəyi asıb.
Televiziyadan ayrılan rejissor İsbendiyar Məcidoğlu saytımıza açıqlamasında kanalda maliyyə problemlərinin olduğunu təsdiqləyib.
“Mənim kanalın rəhbəri Vado müəllimlə çox gözəl münasibətlərim var idi. Özü də çox səmimi insandır.Sadəcə kanalda maliyyə problemləri yaşanır. Ona görə bizi işdən çıxardılar. Başqa problemim olmayıb”,- deyə kanalın keçmiş əməkdaşı bildirib.
Telekanalın işdən çıxarılan digər əməkdaşı bu məsələdə adının hallanmasının istəmədyini bildirib.
“Dediklərinizin hamısı doğrudur.Sadəcə mənim adımın bu məsələdə hallanmasını istəmirəm”,-deyə xanım əməkdaş saytımıza açıqlamsında bildirib.
Məsələ ilə bağlı “Space” TV-nin mətbuat xidməti və digər məsul şəxslərlə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, Space TV-nin rəhbəri Vado Karovindir. O, bu vəzifəyə 2023-cü ilin fevralında təyin olunub.
Müəllif: Nigarxanım
00:05 / 09 İyun 2025
Kolumbiya prezidentliyinə namizəd çıxışı zamanı güllələndi
15
23:49 / 08 İyun 2025
Bakıda falçı 7 yumurtanı 200 manata satdı - ŞOK DETALLAR
209
23:49 / 08 İyun 2025
Azərbaycan bu ölkəyə yardım göndərdi
145
22:45 / 08 İyun 2025
Buraxılış imtahanından maksimum bal toplayan şagird: "Şəxsi telefonum yoxdur"
375
22:39 / 08 İyun 2025
Kolumbiyada 6,8 maqnitudada zəlzələ olub
25
22:20 / 08 İyun 2025
Günəşdə son illərdə ən böyük plazma emissiyası baş verib
42
21:49 / 08 İyun 2025
İyun ayının pulla sevindirəcəyi BÜRCLƏR
434
21:09 / 08 İyun 2025
Ən uğurlu insanlar bu tarixlərdə doğulur
66
20:50 / 08 İyun 2025
Madriddə hökumət əleyhinə etiraz aksiyası keçirilib
38
20:38 / 08 İyun 2025
Qarpızın bilinməyən zərərləri açıqlandı: Mütəxəssislərdən vacib XƏBƏRDARLIQ
319
20:32 / 08 İyun 2025
Bu gün axşam Bakıda konsert var - giriş pulsuzdur
36
20:26 / 08 İyun 2025
Apple şirkətinin işçisi öldü
40
20:22 / 08 İyun 2025
Liberiya məhkəməsi parlamentin keçmiş sədrini həbs edib
37
19:35 / 08 İyun 2025
Ailədə faciə: İki uşaqlarını itirdilər
434
19:21 / 08 İyun 2025
Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik
75
18:32 / 08 İyun 2025
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
68
18:15 / 08 İyun 2025
RDIF rəhbəri Putin-Tramp dialoqunun təsirini qiymətləndirir
55
18:00 / 08 İyun 2025
Alman polisi tüfənglə silahlanacaq
56
17:59 / 08 İyun 2025
"Münasibətlərimiz bitdi"
66
17:43 / 08 İyun 2025
Şimali Koreyada internet qəfildən kəsilib
56
17:37 / 08 İyun 2025
Litva prezidenti Rusiya banklarını SWIFT-dən ayırmağa çağırıb
68
17:33 / 08 İyun 2025
SON DƏQİQƏ! Kanaldan cansız bədəni tapıldı
136
17:12 / 08 İyun 2025
Corcinanın canlı yayımında anidən Ronaldu göründü - "partlayış oldu" - VİDEO
87
17:06 / 08 İyun 2025
Tamilla İbrahimova vəfat etdi (FOTO)
1135
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.