8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
639
04.12.2024, 20:27
“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə çəkiliş zamanı heyətin dronunun Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən vurulduğunu deyib. O, bu barədə kulis.az-a müsahibəsində danışıb. Rejissorun sözlərinə görə, dronun havaya qaldırılması üçün icazə alınmayıb, bu səbəbdən də çəkilişdən bixəbər olan DSX dronu vurub. O, bunun DSX əməkdaşları ilə zəng zamanı dəqiqləşdirdiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, məsələyə serialın prodüseri Sevinc Əliyeva da münasibət bildirib. Ancaq o, rejissorun müsahibədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:
“İctimai Televiziya və mən SFN Prodakşnın rəhbəri (“Vətəndaş A” serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”, - o qeyd edib.
Bundan əlavə, S. Əliyeva dron operatoru Orxan İslamovun da açıqlamasını yayıb.
“TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vurmayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur.
Ona görə də, məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım, 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur”, - açıqlamada bildirilib.(Qafqazinfo)

01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.