8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
717
04.12.2024, 16:42
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabr ayının 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Oxu24.com xəbər verir ki, nazir əvvəlcə Balakən rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Zaqatalada yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.