8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
04.12.2024, 12:45
Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Bildirilib ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.
Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə - yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək. Müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər. Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar. Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.
01:42 / 30 Avqust 2026
241
01:20 / 30 Avqust 2026
245
23:39 / 29 Avqust 2026
134
23:30 / 29 Avqust 2026
115
23:18 / 29 Avqust 2026
126
23:04 / 29 Avqust 2026
121
22:48 / 29 Avqust 2026
111
22:10 / 29 Avqust 2026
91
21:29 / 29 Avqust 2026
126
20:57 / 29 Avqust 2026
133
20:36 / 29 Avqust 2026
155
20:04 / 29 Avqust 2026
148
19:48 / 29 Avqust 2026
108
19:17 / 29 Avqust 2026
139
19:10 / 29 Avqust 2026
110
19:01 / 29 Avqust 2026
114
18:22 / 29 Avqust 2026
88
18:00 / 29 Avqust 2026
168
15:30 / 29 Avqust 2026
186
15:28 / 29 Avqust 2026
267
14:39 / 29 Avqust 2026
135
14:09 / 29 Avqust 2026
135
14:01 / 29 Avqust 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.