8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
292
04.12.2024, 11:51
2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.
Oxu24.com xəbər verir ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabrda elan edilib.
Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb. Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edərək çıxış üçün sözü Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovaya verib.
Sessiyada çıxış edən nazir müavini Səadət Yusifova ilk növbədə müsbət qərarın qəbuluna görə Qiymətləndirici orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.
Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilmişdir. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur. Sessiya öz işini 7 dekabra qədər davam edəcəkdir.
01:42 / 30 Avqust 2026
241
01:20 / 30 Avqust 2026
245
23:39 / 29 Avqust 2026
134
23:30 / 29 Avqust 2026
115
23:18 / 29 Avqust 2026
126
23:04 / 29 Avqust 2026
121
22:48 / 29 Avqust 2026
111
22:10 / 29 Avqust 2026
91
21:29 / 29 Avqust 2026
126
20:57 / 29 Avqust 2026
133
20:36 / 29 Avqust 2026
155
20:04 / 29 Avqust 2026
148
19:48 / 29 Avqust 2026
108
19:17 / 29 Avqust 2026
139
19:10 / 29 Avqust 2026
110
19:01 / 29 Avqust 2026
114
18:22 / 29 Avqust 2026
88
18:00 / 29 Avqust 2026
168
15:30 / 29 Avqust 2026
186
15:28 / 29 Avqust 2026
267
14:39 / 29 Avqust 2026
135
14:09 / 29 Avqust 2026
135
14:01 / 29 Avqust 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.