Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12463
az

Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa... - ÜST AÇIQLADI

11:4127 Aprel, 2019
720
CƏMİYYƏT
  • A
Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb.

Oxu24.com xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb.

Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib.

Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir.

Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir.

Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir.

ÜST-nın təlimatına görə, 1-2 yaş arası uşaqlar hər gün çoxlu yatmalıdır, gün ərzində 180 dəqiqə fiziki aktiv olmalıdırlar. 1 yaşlı uşaqlar ekran qarşısında heç vaxt keçirməməlidir. 2 yaşlı uşaqlar isə 1 saat ekran qarşısında qala bilər.

Yeni qaydalara görə, 3-4 yaşlı uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilər, onlar ən azı 10-13 saat yatmalıdırlar. Bu yaş qrupunda olan uşaqlar gündə ən azı 180 dəqiqə fiziki aktivliklə məşğul olmalı, minumum 60 dəqiqə açıq havada qaçıb, oynamalıdır.

Amerika Pediatriya Akademiyasının sözçüsü Cenifer Şu bildirir ki, uşağınızın gündəlik həyatını planlayarkən valideynlər bu təlimatları nəzərə almalıdır. Ekran qarşısında və oturaq həyat tərzi maksimum azaldılmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu