Qaynar xətt:

(+99450) 247 90 86

"JEK-in səhvi ucbatından...." — Namiq Qaraçuxurlu da lyuka düşdü

2019-04/1556345646_namiqmasini.jpg

CƏMİYYƏT

992

27.04.2019, 10:14

  Ötən gün Bakıda keçirilən "Formula 1” SOCAR Azərbaycan Qran Prisində  "Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin drenaj lyukuna ilişərək qəzaya uğraması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu24.com  xəbər verir ki, insanların əksəriyyəti paytaxt yollarında lyukların düzgün quraşdırılmamasından şikayətləniblər. Sosial şəbəkə istifadəçiləri arasında yollardakı lyuk problemini zarafata salanlar da olub. Onlar tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun bir neçə il əvvəl lyuk problemi ilə bağlı çəkdirdiyi klipini də sosial şəbəkədə paylaşaraq müzakirə ediblər. Namiq Qaraçuxurlu həmin meyxanasında avtomobili ilə lyuka düşməsinə görə “JEK”lərdən şikayətlənir. Həmin klipi təqdim edirik: