8 gün iş olmayacaq
29 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
906
03.12.2024, 15:20
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.
Oxu24.com xəbər verir ki, təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli bildirib ki, “storytelling” çağdaş jurnalistikada insanların düşüncələrinə təsir göstərən, ideyanın müasir formada ifadəsini təmin edən yeni metodlardan biridir və bu yanaşma jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdırmaqla müasir publisistikanın önəmli elementi sayılır. O, ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının, publisistik üslubun hipermətnə çevrilməsinin və köşə yazarlığının cəlbediciliyinin artırılmasının jurnalistikanın çağırışlarından olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, “storytelling”in beynəlxalq standartlarını və müasir narratologiya nəzəriyyələrini mənimsəmək fikrin anlaşılan olması və ictimai təsir gücünün effektivliyi baxımından böyük əhəmiyyət daşıyır.
3-4 dekabr tarixlərini əhatə edən təlimlər iki fərqli qrup üçün dörd sessiyadan: “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi”ndən ibarətdir.





01:42 / 30 Avqust 2026
241
01:20 / 30 Avqust 2026
245
23:39 / 29 Avqust 2026
134
23:30 / 29 Avqust 2026
115
23:18 / 29 Avqust 2026
126
23:04 / 29 Avqust 2026
121
22:48 / 29 Avqust 2026
111
22:10 / 29 Avqust 2026
91
21:29 / 29 Avqust 2026
126
20:57 / 29 Avqust 2026
133
20:36 / 29 Avqust 2026
155
20:04 / 29 Avqust 2026
148
19:48 / 29 Avqust 2026
108
19:17 / 29 Avqust 2026
139
19:10 / 29 Avqust 2026
110
19:01 / 29 Avqust 2026
114
18:22 / 29 Avqust 2026
88
18:00 / 29 Avqust 2026
168
15:30 / 29 Avqust 2026
186
15:28 / 29 Avqust 2026
267
14:39 / 29 Avqust 2026
135
14:09 / 29 Avqust 2026
135
14:01 / 29 Avqust 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.