Nazirlik AÇIQLADI: Vəzifəli xanım qəfil vəfat edib
21 Noyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
03.12.2024, 11:25
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.
Oxu24.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.
Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.
Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.
1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.
1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Qeyd edək ki, Novxanıdakı partlayışda xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
20:49 / 21 Noyabr 2026
21
20:33 / 21 Noyabr 2026
53
20:09 / 21 Noyabr 2026
523
19:14 / 21 Noyabr 2026
506
19:12 / 21 Noyabr 2026
101
18:41 / 21 Noyabr 2026
117
18:29 / 21 Noyabr 2026
108
18:19 / 21 Noyabr 2026
119
18:18 / 21 Noyabr 2026
126
17:54 / 21 Noyabr 2026
218
17:43 / 21 Noyabr 2026
2080
17:30 / 21 Noyabr 2026
154
17:17 / 21 Noyabr 2026
129
17:16 / 21 Noyabr 2026
161
17:08 / 21 Noyabr 2026
162
16:45 / 21 Noyabr 2026
128
16:39 / 21 Noyabr 2026
150
16:26 / 21 Noyabr 2026
304
16:20 / 21 Noyabr 2026
150
16:05 / 21 Noyabr 2026
131
16:00 / 21 Noyabr 2026
181
15:49 / 21 Noyabr 2026
178
15:48 / 21 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.