Qaynar xətt:

(+99450) 247 90 86

“WhatsApp”ın yeni funksiya

“WhatsApp”ın yeni funksiya

CƏMİYYƏT

193

02.12.2024, 21:32

“WhatsApp” kanalları paylaşmağı və yeni kanallar kəşf etməyi asanlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb.

OXU24.COM xəbər verir ki, istifadəçilər QR kodu skan etməklə “WhatsApp” kanalına yönləndiriləcək və istəsələr kanala qoşula bilərlər.

Yenilənmə ilə “WhatsApp” istifadəçiləri artıq öz kanalları üçün QR kodları yarada və paylaşa biləcəklər. İstifadəçilər linki kopyalayıb yapışdırmaq əvəzinə QR kodu göstərməklə kanala qoşulacaqlar.

Bu funksiya hazırda “WhatsApp Android” beta versiyasında sınaqdan keçirilir.