Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12431
az

“Ulduz” filminin “Nazik”i vəfat etdi

14:3626 Aprel, 2019
1113
CƏMİYYƏT
  • A
 
Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.

Bu barədə news24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.

O bildirib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı “Nazik” obrazıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq