Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12405
az

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan QALMAQALLI SÖZLƏR - FOTOFAKT

23:5325 Aprel, 2019
1128
CƏMİYYƏT
  • A
 

"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib.

Oxu24.com xəbər verir ki, olaya etiraz edənlərdən biri də Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin keçmiş rəhbəri Nəsimi Paşayev olub. Aktiv sosial şəbəkə istifadəçisi kimi tanınan Nəsimi Paşayev etiraz olaraq aşağıdakı statusu hesabından yazıb:

"Qala divarlarının ətrafında obyekt tikən sahibkar!
Belə görünür ki, pulunuz və digər imkanlarınız çoxdur, genişdir. Elə isə tariximizə rəhm eləyin. Obyekti başqa yerdə tikdirin. İnanıram ki, bu imkanla hətta hansısa nazirliyin binasını sökdürüb yerində obyekt tiksəniz kimsə "gözün üstə qaşın var" deməyəcək. Necə ki, hazırda demirlər. Niyə tarixi məhv etməyə cəhd edirsiniz? Lap elə deyək niyə tarixi divarı öz obyektinizin arxasında gizlədirsiniz?

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"sinin 4-cü " İnşaat-təmir işlərinin aparılması" haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır!

Əgər bu cümlələr doğrudursa, onda hüquq-mühafizə orqanları hara baxır?"

Nəsimi Paşayevin statusuna şərh yazanlar arasında özü kimi tanınmışlara da rast gəlinib. Lakin, aktyor Mirqafar Səlimovun yazdığı şərh çoxlarında qıcıq yaradıb.

Aktyorun "26 ildir rayonlardan gələn 4 milyon insanlar Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri narazılıqla qarşılanıb.

Bu da sözügedən şərhlər:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu