Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12319
az

Mühasib olmayanları baş mühasib təyin edənlər nə qədər cərimələnəcək?

21:1123 Aprel, 2019
542
  • A
 Büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimələnəcək.
Oxu24.com məlumat verir ki, bu məsələ bu gün Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunur.

Beləliklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto
Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu