Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12305
az

Nazpəri Dostəliyevanın qardaşı burada yaşayır - Foto

16:0523 Aprel, 2019
1167
CƏMİYYƏT
  • A
 

Özünün Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu iddia edən Pərvanə Dostəliyevanın açıqlamaları ölkə mediasının gündəmindən düşmək bilmir.

Axşam.az-ın məlumatına görə, ata-bala arasındakı qalmaqalda bir çox məqamlar üzə çıxıb. Pərvanə ilk növbədə atasının ona 6 yaşında təcavüz etdiyini iddia edib. O, eyni zamanda Ağalar Dostəliyevin Bakıda ailəsindən ayrı bir yerdə, kiçik "butka" kimi yerdə yaşadığını söyləyib. Pərvanənin sözlərinə görə, atasına o biri ailəsindən olan övladları hərdən yemək gətirirlər.

A.Dostəliyev isə saytımıza açıqlamasında onun sözlərini yalanlamışdı və ailəsi ilə birlikdə yaşadığını bildirib.

Əməkdaşlarımız Pərvanənin dediyi ünvana yollanaraq, Ağalar Dostəliyevlə müsahibə etməyə çalışıb. Onun qızının dediyi kimi, kiçik bir "butka"da yaşadığı məlum olub. Ancaq A.Dostəliyev məkanda çəkiliş aparılmasına icazə verməyib. O, gah "Əhmədlidə evim var, gəlib ailəmlə orada çəkərsiniz", gah da "Buraları səliqəyə salandan sonra gəlin" sözlərini deyərək, müsahibədən imtina edib.

Bundan başqa, məlum olub ki, Dostəliyev "butka"sının ətrafını itlər vasitəsilə qoruyur. Ətrafdakı şəxslərin iddiasına görə, o, sözügedən "butka"da yaşayır və itlər vasitəsilə özünü qoruyur. Ağalar əməkdaşımızla söhbətində onun bu şəraitdə yaşamasını və ya özünün iddia etdiyi kimi işləməsini qınayanlara belə cavab verib:

"Halal zəhmətimlə pulumu qazanıram. Heç kimdən kömək istəmirəm".

Qeyd edək ki, A.Dostəliyev Pərvanənin anası Şəhla ilə rəsmi nikahda olmadığını, onun yüngül həyat tərzi keçirdiyini, qızın isə onun övladı olmadığını deyib. O bildirib ki, təcavüz iddiaları da Pərvanənin uydurmasıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu