Abbaszadə haqqında MARAQLI FAKT: Məşhur şəxsin gəlini olubmuş
22 Noyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
07.11.2024, 12:22
Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.
Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu Abdullayeva Oxu24.com saytına bildirib ki,qeyd olunan hadisə ilə bağlı məhkəmə prosesi baş tutub. Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.Qərara əsasən Abdullayeva Arzu Azər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunub.
Şikayətçinin xəsarətləri:
Şirvan xəstəxanasında həkim işləyən Günel Səfərova tərəfindən döyüldüyü halda özünün cərimələnməsini Arzu Abdullayeva ədalətsiz qərar hesab edir.
“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm. Xəsarətlər aldım. Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı. Mənim xəsarətlərim gözlə görünən idi. Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı. Guya mən də ona xəsarət yetirmişəm. Ona saxta rəyi verən şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər şöbəsinin rəisi Məmmədov Eldar Nüsrət oğludur. Həmin saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?. İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxta və əsassızdır. Məhkəmədə ekspertin özü də gəlmişdi.Ona sual verdim ki, sən xəsarətləri nəyin əsasında yazmısan? Ekspertin əvəzinə məni döydüyü halda,özünə saxta rəy alan həkim Günel Səfərova bildirdi ki, “mən soyunmağı xoşlamıram.Xəsarətim elə yerdəydi ki, həkimə göstərə bilməzdim.” Onun bu biabırçı və məntiqsiz cavabına hakim də susdu.Mən bu işin sonuna qədər gedəcəm.Ölkədə qazi anasının insanların gözü qarşısında döyülməsinə haqq qazandıran həmin saxta rəy verən ekspert və məni döydüyü halda özünü təmizə çıxarmağa çalışan həkim Günel Səfərova qanun qarşısında cavab verəcək.”,- deyə Arzu Abdullayeva bildirib.

Həkim Günel Səfərova
Arzu Abdullayeva həmçinin qeyd edib ki, Şirvan şəhər Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcək.
Həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa, TƏBİB-ə və digər qurumlara rəsmi şikayət edib.
Qeyd edək ki, məhkəmə həmin insidentə görə həkim Günel Səfərovanı da eyni maddə ilə 300 manat miqdarında cərimə edib. Arzu Abdullayeva bu qərarla razı olmadığını bildirir. O, idda edir ki, xəstəxanada o həkim tərəfindən döyülüb.
Aksin.M
10:51 / 22 Noyabr 2026
1
10:47 / 22 Noyabr 2026
55
10:38 / 22 Noyabr 2026
69
10:16 / 22 Noyabr 2026
358
09:15 / 22 Noyabr 2026
656
08:56 / 22 Noyabr 2026
283
01:34 / 22 Noyabr 2026
205
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
952
23:41 / 21 Noyabr 2026
308
23:11 / 21 Noyabr 2026
1655
23:00 / 21 Noyabr 2026
186
22:47 / 21 Noyabr 2026
563
22:32 / 21 Noyabr 2026
241
22:20 / 21 Noyabr 2026
742
22:02 / 21 Noyabr 2026
645
21:49 / 21 Noyabr 2026
201
21:32 / 21 Noyabr 2026
736
21:27 / 21 Noyabr 2026
220
21:20 / 21 Noyabr 2026
200
21:17 / 21 Noyabr 2026
1052
20:49 / 21 Noyabr 2026
1397
20:33 / 21 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.