Qaynar xətt:

(+99450) 247 90 86

Universitetin yeni prorektoru kimdir? - FOTO

Universitetin yeni prorektoru kimdir? - FOTO

CƏMİYYƏT

544

07.11.2024, 10:41

Qarabağ Universitetinə yeni prorektor təyin edilib.

Oxu24.com  xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb.

Rüstəm İsgəndərli "Aztelekom" MMC, "Modern Group of Companies - Alyans Tekstil", "Şamaxı Rixos" və "Şamaxı Palace" hotelləri, "PMD Group" kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə "Baku Business Group"da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

 

Dünyada bu qəribə yer Çində yerləşir — VİDEO

 

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

 

Qaraciyərdə xəstəlik olduğunu ayağın altından bilmək olurmuş— Həkimdən vacib açıqlama