Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12190
az

Hava ilə bağlı əhaliyə VACİB MƏLUMAT...

11:4120 Aprel, 2019
1146
CƏMİYYƏT
  • A
 
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-nə qədər davam edəcək.

Bu barədə Oxu24.com-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq xatırladıb ki, aprelin 19-u gündüz saatlarından başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir:

“Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının bir sıra ərazilərində yağıntılar intensiv olub.

Eyni zamanda Naxçıvan MR-nın Ordubad rayonun dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl, Kiçik Qafqazda, eləcə də Böyük Qafqaz ərazilərində intensiv yağntılar müşahidə edilib”.

A.Verdiyevin sözlərinə görə, intensiv yağıntılar nəticəsində respublika ərazisindəki çaylarda suyun səviyyəsi artıb:

“Respublika çaylarında sululuğun artımı davam edib. Əsasən, Lənkəran-Astara bölgəsinə aid olan Lənkərançayda, eyni zamanda Kiçik Qafqaz ərzisinə axan Zəyəmçayda və Qanıx, Araz çaylarında da artım müşahidə edilib.

Ümumilikdə isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-ə qədər davam edəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı