Qaynar xətt:

(+99450) 247 90 86

Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində

2019-04/1555607177_1555568307_qabiq_021.jpg

CƏMİYYƏT

837

18.04.2019, 21:13

 \"\" Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır. Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.