Qaynar xətt:

(+99450) 247 90 86

Yaşayış binasında partlayış- Xəsarət alan var

Yaşayış binasında partlayış- Xəsarət alan var

CƏMİYYƏT

216

24.10.2024, 10:06

Daşkəsən rayonunda yaşayış binasinda mənzillərdən birində partlayış olub.

Oxu24.com  xəbər verir ki, mənzillərin birində qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.