Tələbələrin NƏZƏRİNƏ: Kirayə bazarında qiymətlər 30% bahalaşdı – AÇIQLAMA
04 Sentyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
223
23.10.2024, 12:40
Azərbaycanda ən çox yağıntı oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb.
Oxu24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirilb ki, oktyabr ayının ötən dövrü ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29, minimal temperaturu 10, orta aylıq temperatur isə 19 dərəcə isti qeydə alınıb. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir:
“Müqayisə üçün bildirim ki, keçən ilin analoji dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, minimal temperaturu 8, orta aylıq temperatur isə 18 dərəcə isti olub".
N. Mahmudovun sözlərinə görə, oktyabr ayının ötən dövrü ərzində bölgələr üzrə maksimal temperatur Kürdəmir rayonunda 33 dərəcə isti, minimal temperatur isə Şahdağda 11 dərəcə şaxta müşahidə olunub.
O qeyd edib ki, ötən ilin oktyabrında bölgələrdə maksimal temperatur Göyçay rayonunda 34 dərəcə isti, minimal temperaturu isə Şahdağda 6 dərəcə şaxta qeydə alınıb:
“Oktyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə hava şəraiti əsasən yağmurlu keçib, bəzi günlərdə dağlıq ərazilərə qar yağması müşahidə olunub. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün maksimal hündürlüyü Qrızda və Lerikdə 17 sm qeydə alınıb. Ən çox yağıntı isə oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb. Yağan leysan yağışlar nəticəsində ölkə üzrə 7 sel hadisəsi qeydə alınıb”.
Xidmət rəisi qeyd edib ki, oktyabr ayının ötən dövrü ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 25 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib.
15:07 / 04 Sentyabr 2026
55
15:05 / 04 Sentyabr 2026
13
14:55 / 04 Sentyabr 2026
25
14:53 / 04 Sentyabr 2026
23
14:25 / 04 Sentyabr 2026
40
14:20 / 04 Sentyabr 2026
53
14:18 / 04 Sentyabr 2026
286
13:56 / 04 Sentyabr 2026
45
13:49 / 04 Sentyabr 2026
52
13:36 / 04 Sentyabr 2026
58
13:28 / 04 Sentyabr 2026
46
13:20 / 04 Sentyabr 2026
65
13:11 / 04 Sentyabr 2026
526
13:00 / 04 Sentyabr 2026
76
12:55 / 04 Sentyabr 2026
224
12:54 / 04 Sentyabr 2026
82
12:43 / 04 Sentyabr 2026
61
12:39 / 04 Sentyabr 2026
57
12:31 / 04 Sentyabr 2026
72
12:22 / 04 Sentyabr 2026
296
12:12 / 04 Sentyabr 2026
67
12:01 / 04 Sentyabr 2026
191
11:38 / 04 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.