Leysan gözlənilir - Əhaliyə xəbərdarlıq
04 Sentyabr 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
352
22.10.2024, 22:02
Ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.
OXU24.COM məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.
Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.
Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?
Suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb: “Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.
Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.
Mübariz Ağayev xoşagəlməz durmlarla qarşılaşmamaq üçün sürücülərə müraciət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi sürücülər nömrəni şurupla avtomobilin gövdəsinə bərkitmədiyi üçün yspışqandan istifadə edirlər. Su isə həmin yapışqana dəyən kimi düşüb itir.
"Bununla bağlı sosial şəbəkələrdə nömrələrin itməsi barədə paylaşımlar olur. Avtosfer.az-a da bir neçə dövlət qeydiyyat nişanı göndərilib. Bildirirəm ki, bu nömrələrin sahibləri Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək onları geri ala bilərlər".
Ekspert bir daha sürücülərə müraciət edərək bildirib ki, dövlət qeydiyyat nişanını avtomobilə möhkəm bərkitmək lazımdır.
"İtirilmiş nömrələrə bağlı vətəndaş yaşadığı ərazi üzrə polisə müraciət edərək nömrənin itməsi ilə bağlı ərizə yazmalı və daha sonra Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Müraciət əsasında 30 gün ərzində nömrə tapılarsa şəxsin özünə təqdim olunur. Əks halda sürücü yeni dövlət nömrə nişanı alır".








16:30 / 04 Sentyabr 2026
2
16:25 / 04 Sentyabr 2026
21
16:25 / 04 Sentyabr 2026
17
16:11 / 04 Sentyabr 2026
137
16:10 / 04 Sentyabr 2026
27
16:06 / 04 Sentyabr 2026
29
16:05 / 04 Sentyabr 2026
36
16:00 / 04 Sentyabr 2026
31
15:52 / 04 Sentyabr 2026
41
15:50 / 04 Sentyabr 2026
36
15:46 / 04 Sentyabr 2026
162
15:39 / 04 Sentyabr 2026
46
15:07 / 04 Sentyabr 2026
755
15:05 / 04 Sentyabr 2026
50
14:55 / 04 Sentyabr 2026
80
14:53 / 04 Sentyabr 2026
53
14:25 / 04 Sentyabr 2026
52
14:20 / 04 Sentyabr 2026
67
14:18 / 04 Sentyabr 2026
450
13:56 / 04 Sentyabr 2026
55
13:49 / 04 Sentyabr 2026
64
13:36 / 04 Sentyabr 2026
72
13:28 / 04 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.