Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan Məmmədov
04 Sentyabr 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
365
22.10.2024, 19:02
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.
Oxu24.com AZAL-a istinadən xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.
Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.
Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.
Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: //www.youtube.com/watch?v=7Ph13ZPXiZU
AZAL-ın mobil tətbiqini //bit.ly/azal-app linkindən yükləmək mümkündür.
Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.
16:45 / 04 Sentyabr 2026
4
16:33 / 04 Sentyabr 2026
30
16:30 / 04 Sentyabr 2026
30
16:25 / 04 Sentyabr 2026
51
16:25 / 04 Sentyabr 2026
30
16:11 / 04 Sentyabr 2026
217
16:10 / 04 Sentyabr 2026
36
16:06 / 04 Sentyabr 2026
35
16:05 / 04 Sentyabr 2026
39
16:00 / 04 Sentyabr 2026
35
15:52 / 04 Sentyabr 2026
46
15:50 / 04 Sentyabr 2026
39
15:46 / 04 Sentyabr 2026
182
15:39 / 04 Sentyabr 2026
49
15:07 / 04 Sentyabr 2026
823
15:05 / 04 Sentyabr 2026
51
14:55 / 04 Sentyabr 2026
85
14:53 / 04 Sentyabr 2026
54
14:25 / 04 Sentyabr 2026
54
14:20 / 04 Sentyabr 2026
69
14:18 / 04 Sentyabr 2026
474
13:56 / 04 Sentyabr 2026
58
13:49 / 04 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.