Qaynar xətt:

(+99450) 247 90 86

Qatarların pəncərələrindən zibil atanların NƏZƏRİNƏ

Qatarların pəncərələrindən zibil atanların NƏZƏRİNƏ

CƏMİYYƏT

248

22.10.2024, 11:52

Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr kəskin artırılır.

Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə 30 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.