Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar bağlanacaq - SƏBƏB
04 Sentyabr 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
421
21.10.2024, 15:06
Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, 2019-2022-ci illərdə AMEA -ya Ramiz Mehdiyev rəhbərlik edib.Həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.
22:39 / 04 Sentyabr 2026
42
22:35 / 04 Sentyabr 2026
52
22:23 / 04 Sentyabr 2026
58
21:59 / 04 Sentyabr 2026
54
21:41 / 04 Sentyabr 2026
53
21:24 / 04 Sentyabr 2026
60
21:19 / 04 Sentyabr 2026
159
21:04 / 04 Sentyabr 2026
70
20:59 / 04 Sentyabr 2026
66
20:29 / 04 Sentyabr 2026
74
20:12 / 04 Sentyabr 2026
188
19:55 / 04 Sentyabr 2026
103
19:52 / 04 Sentyabr 2026
70
19:45 / 04 Sentyabr 2026
59
19:40 / 04 Sentyabr 2026
59
19:35 / 04 Sentyabr 2026
77
19:25 / 04 Sentyabr 2026
61
19:10 / 04 Sentyabr 2026
73
18:56 / 04 Sentyabr 2026
75
18:50 / 04 Sentyabr 2026
79
18:45 / 04 Sentyabr 2026
67
18:35 / 04 Sentyabr 2026
65
18:34 / 04 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.