Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər - Həkim xəbərdarlıq etdi
04 Sentyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
18.10.2024, 23:37
Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılırdı. Həmin qeyri rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq.
OXU24.COM xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov isə yeni məlumatlar açıqlayıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bu təşəbbüslərə qarşı çıxıb.
“Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A.Ələkbərov bildirib.
Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib.
23:20 / 04 Sentyabr 2026
35
23:00 / 04 Sentyabr 2026
49
22:39 / 04 Sentyabr 2026
58
22:35 / 04 Sentyabr 2026
72
22:23 / 04 Sentyabr 2026
80
21:59 / 04 Sentyabr 2026
63
21:41 / 04 Sentyabr 2026
58
21:24 / 04 Sentyabr 2026
66
21:19 / 04 Sentyabr 2026
180
21:04 / 04 Sentyabr 2026
77
20:59 / 04 Sentyabr 2026
68
20:29 / 04 Sentyabr 2026
82
20:12 / 04 Sentyabr 2026
201
19:55 / 04 Sentyabr 2026
111
19:52 / 04 Sentyabr 2026
74
19:45 / 04 Sentyabr 2026
61
19:40 / 04 Sentyabr 2026
61
19:35 / 04 Sentyabr 2026
83
19:25 / 04 Sentyabr 2026
64
19:10 / 04 Sentyabr 2026
76
18:56 / 04 Sentyabr 2026
78
18:50 / 04 Sentyabr 2026
86
18:45 / 04 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.