Sahil Babayevdən yeni TƏYİNAT
22 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
303
18.10.2024, 22:19
18 oktyabr tarixində COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Bakı Stadionuna media tur təşkil edilib. 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi mediaturda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
OXU24.COM xəbər verir ki, mediaturda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər. Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.
Qeyd olunub ki, indiyədək konfransın işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat prosesi davam edir. 6325 kvadratmetr sahəni əhatə edən Media Mərkəzində 1200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub.
Media-tur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən registrasiya prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib.
Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Belə ki, tədbir məkanın hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
21:14 / 22 Noyabr 2026
1
21:06 / 22 Noyabr 2026
43
20:56 / 22 Noyabr 2026
513
20:30 / 22 Noyabr 2026
284
19:33 / 22 Noyabr 2026
707
19:20 / 22 Noyabr 2026
124
19:05 / 22 Noyabr 2026
1013
18:54 / 22 Noyabr 2026
109
18:49 / 22 Noyabr 2026
146
18:21 / 22 Noyabr 2026
395
18:16 / 22 Noyabr 2026
179
18:02 / 22 Noyabr 2026
156
17:59 / 22 Noyabr 2026
138
16:38 / 22 Noyabr 2026
206
16:29 / 22 Noyabr 2026
152
16:18 / 22 Noyabr 2026
2381
16:00 / 22 Noyabr 2026
246
14:27 / 22 Noyabr 2026
180
14:11 / 22 Noyabr 2026
200
13:47 / 22 Noyabr 2026
587
13:20 / 22 Noyabr 2026
171
12:51 / 22 Noyabr 2026
201
12:30 / 22 Noyabr 2026
427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.