Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
05 Sentyabr 2026, 02:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
18.10.2024, 17:00
Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Oxu24.com xəbər verir ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, "Kosmik Agentlik tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi”nə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.
Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni tutub.
02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.