Qaynar xətt:

(+99450) 247 90 86

Röyanın efirdəki söyüşünə reaksiya - RƏSMİ

Röyanın efirdəki söyüşünə reaksiya - RƏSMİ

CƏMİYYƏT

2218

17.04.2019, 12:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  "Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.
Oxu24.com  xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında deyib:
"Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”. Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya "Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.