Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
05 Sentyabr 2026, 02:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
182
18.10.2024, 12:34
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Turizm Bürosu (ATB) olub.
ATB bütün informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib.
Büro İT sistemlərini “Hökumət buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib. “AzInTelecom” tərəfindən ATB-yə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub.
Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı nazirliyin tabeliyindəki “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.
02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.