Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
05 Sentyabr 2026, 02:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
17.10.2024, 21:36
Baş prokuror Kamarn Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada səfərdədir.
Publika.az xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adı xüsusi sessiya keçirib.
Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali noyabrda keçiriləcək ən böyük iqlim konfransı COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.
Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.
Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib.
Daha sonra Baş Prokurorluğunun idarə rəisləri Elnur Musayev və Erkin Əlixanov ölkəmizdə ekoloji cinayətlərlə mübarizədə görülən tədbirlər və müsbət nailiyyətlər, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdə keçirilmiş 29-cu illik konfransının nəticələri, eləcə də COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiya barədə məlumat veriblər.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. Baş prokuror tərəfindən Azərbaycan hökuməti ilə BMT arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə BMTNCİ arasında transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
O, COP29 çərçivəsində Azərbaycan Prokurorluğu ilə birgə təşkil olunacaq tədbirlə bağlı görülmüş hazırlıq işlərini yüksək qiymətləndirərək Baş prokurora təşəkkürünü bildirib.
Həmçinin, səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib. BƏƏ-nin Baş nazirinin müavini - daxili işlər naziri şeyx Saif bin Zayed əl Nəhyanın salamları Baş prokuror Kamran Əliyevə çatdırılaraq COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiyada BƏƏ tərəfindən həmsədrlik edilməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli iştirak edib.
Nümayəndə heyətinin Avstriyaya işgüzar səfəri başa çatıb.







02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.