Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120465
az

Vilayət Eyvazov COP29-la əlaqədar kollegiya iclası keçirdi- FOTOLAR/VİDEO

16:3517 Oktyabr, 2024
45
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyində (DİN) COP29 ilə əlaqədar Kollegiya iclası keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.

2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.
Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək, narkotiklərlə mübarizə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışıblar.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özəyinin formalaşdığını, infrastrukturun inkişaf etdiyini, müasirləşdiyini, müvafiq fəaliyyətin Nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçimində nəzərəçarpan irəliləyişlərin əldə olunduğunu, Akademiyada təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə Dövlət Başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə həssas münasibətindən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.
Hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaşların fəallığının artmasına da toxunaraq qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təmayüllər məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürüdür və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır. Nazir cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb.
Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrinin icrasını böyük əzmlə davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə həyata keçirməyə çalışır.

Eyni zamanda, avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.
Yekunda general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin bundan sonra da məsul vəzifələrin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcəyinə, ölkədə sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyinə əmin olduğunu bildirib.

 

 

  • Vilayət Eyvazov COP29-la əlaqədar kollegiya iclası keçirdi - FOTOLAR/VİDEO
  • Vilayət Eyvazov COP29-la əlaqədar kollegiya iclası keçirdi - FOTOLAR/VİDEO
  • Vilayət Eyvazov COP29-la əlaqədar kollegiya iclası keçirdi - FOTOLAR/VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş- Toy təxirə salındı
Naxçıvanda 7°    şaxta    var
Bu ərazilərdə     işıq     olmayacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı