Kənan Məmmədovun 80 illik yubileyi keçirilib
05 Sentyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
17.10.2024, 14:58
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də imtahan keçirəcək.
Bu barədə Oxu24.com -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Həmin şəxslər 17 oktyabr saat 14:00-dan 28 oktyabr saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.
10:28 / 05 Sentyabr 2026
13
10:24 / 05 Sentyabr 2026
17
10:20 / 05 Sentyabr 2026
54
10:18 / 05 Sentyabr 2026
21
10:17 / 05 Sentyabr 2026
23
02:49 / 05 Sentyabr 2026
236
02:36 / 05 Sentyabr 2026
355
02:34 / 05 Sentyabr 2026
183
02:23 / 05 Sentyabr 2026
211
23:46 / 04 Sentyabr 2026
81
23:20 / 04 Sentyabr 2026
86
23:00 / 04 Sentyabr 2026
101
22:39 / 04 Sentyabr 2026
102
22:35 / 04 Sentyabr 2026
101
22:23 / 04 Sentyabr 2026
114
21:59 / 04 Sentyabr 2026
92
21:41 / 04 Sentyabr 2026
80
21:24 / 04 Sentyabr 2026
88
21:19 / 04 Sentyabr 2026
244
21:04 / 04 Sentyabr 2026
115
20:59 / 04 Sentyabr 2026
94
20:29 / 04 Sentyabr 2026
98
20:12 / 04 Sentyabr 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.