Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12003
az

Şaftalının insan orqanizminə faydaları

21:0115 Aprel, 2019
670
CƏMİYYƏT
  • A
Şaftalı həzm sistemini sürətləndirir, buna görə də bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Şaftalı sidik yollarının infeksiya xəstəliyi zamanı çox faydalıdır. Meyvə infeksiyalara qarşı təsir göstərməklə yanaşı, böyrəklərdəki xırda daş və qumları tökdürmək qabiliyyətinə malikdir. Şaftalı böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Tez-tez şaftalı yemək ağız boşluğunda yaraların əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan K vitamininin sayəsində şaftalı ürək xəstəliklərinə yaxşı təsir göstərir. Onun tərkibində olan liflər qanda xolesterolun səviyyəsini aşağı salır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, şaftalı antioksidant təsirə malikdir. Şaftalının tərkibində olan sərbəst radikallar günəş işığından orqanizmə dəyən zərərləri aradan qaldırır, orqanizmdə baş verən fərqli xəstəliklərə qarşı qoruyur.
Şaftalı tərkibində olan C vitamini sayəsində insan həyatı üçün vacib meyvələrdən sayılır. O, travma sayəsində toxumalarda meydana çıxan zədələrin sürətlə sağalmasına yardım edir. Şaftalının tərkibindəki turşular onun infeksiyalara qarışı olan təsirini və sümüklərə qarşı faydasını artırır.
Şaftalı arıqlamaq istəyənlər üçün mükəmməl bir qida maddəsidir. Çünki onun kalori dəyəri aşağı olmaqla yanaşı, insanda toxluq hissi yaradan bir meyvədir.
Şaftalı tərkibində olan A vitamini sayəsində sümüklərin möhkəmlənməsinə yardım edir və sümük xəstəliklərinin artması riskini azaldır. Çoxlu şaftalı yemək yaşlanmanın qarşısını alır.
Bir şaftalının tərkibində təxminən 285 qram kalium olur.
Şaftalı şirəsinin tərkibində A, C, B3 vitaminləri, betakartoten, fol turşusu var.
Saftalı suyu qanı təmizləmək qabiliyyətinə malıkdir. O damarlarda spazmların baş verməsinin qarşısını alır, qanın yaxşı işləməsinə yardım edir.
Şaftalı suyu qızdırmasalıcı təsirə malikdir.
Şaftalı suyunun aşağıdakı faydalı xüsusiyyətləri vardır:
- həzm sistemini yaxşılaşdırır
- qəbizliyi aradan qaldırır
- yatmazdan əvvəl içmək yuxu gətirir
- ağız boşluğu infeksiyalarına qarşı təsir göstərir
- ağız qoxusunu aradan qaldırır
- əzələlərin tonusunu azaldır
- böyrək və sidik yollarının xəstəlikləri zamanı faydası var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ