Çağdaş qəzetçilik necə olmalıdır? — Rəşad Məcidin mövqeyi
06 Sentyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
331
09.10.2024, 09:50
Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.
OXU24.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın (Əsgərova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Şücaət Rzayev, Samir Hüseynov, Murad Rzayev, Kamran Rzayev, Elnur Alışov, Təbriz Əliyev və Elsevər Əhmədovun anket məlumatları dəqiqləşdirilərək cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.
Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.
İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində cinayət məcəlləsinin 144 (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində də axtarış elan edilərək onların saxlanılaraq istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Həmçinin oxuyun
12:14 / 06 Sentyabr 2026
1
12:10 / 06 Sentyabr 2026
7
12:05 / 06 Sentyabr 2026
8
12:00 / 06 Sentyabr 2026
24
12:00 / 06 Sentyabr 2026
24
11:49 / 06 Sentyabr 2026
39
11:33 / 06 Sentyabr 2026
42
11:29 / 06 Sentyabr 2026
46
10:55 / 06 Sentyabr 2026
143
10:49 / 06 Sentyabr 2026
58
10:42 / 06 Sentyabr 2026
52
10:39 / 06 Sentyabr 2026
54
10:34 / 06 Sentyabr 2026
57
02:06 / 06 Sentyabr 2026
78
23:59 / 05 Sentyabr 2026
80
23:41 / 05 Sentyabr 2026
146
21:59 / 05 Sentyabr 2026
368
21:37 / 05 Sentyabr 2026
345
21:17 / 05 Sentyabr 2026
114
21:04 / 05 Sentyabr 2026
106
20:34 / 05 Sentyabr 2026
91
20:20 / 05 Sentyabr 2026
99
19:55 / 05 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.