Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
06 Sentyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
08.10.2024, 11:58
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.
Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, son müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslı yaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyata keçirilir, bu da öz növbəsində iqtisadi qüdrətin göstəricisidir.
Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan video-rolik nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.
Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.
Həmçinin oxuyun
14:35 / 06 Sentyabr 2026
45
14:16 / 06 Sentyabr 2026
48
14:14 / 06 Sentyabr 2026
46
14:00 / 06 Sentyabr 2026
52
13:25 / 06 Sentyabr 2026
48
12:50 / 06 Sentyabr 2026
66
12:45 / 06 Sentyabr 2026
62
12:42 / 06 Sentyabr 2026
634
12:14 / 06 Sentyabr 2026
71
12:10 / 06 Sentyabr 2026
66
12:05 / 06 Sentyabr 2026
67
12:00 / 06 Sentyabr 2026
69
12:00 / 06 Sentyabr 2026
75
11:49 / 06 Sentyabr 2026
77
11:33 / 06 Sentyabr 2026
492
11:29 / 06 Sentyabr 2026
74
10:55 / 06 Sentyabr 2026
225
10:49 / 06 Sentyabr 2026
72
10:42 / 06 Sentyabr 2026
65
10:39 / 06 Sentyabr 2026
70
10:34 / 06 Sentyabr 2026
75
02:06 / 06 Sentyabr 2026
81
23:59 / 05 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.