Azərbaycanda bu maşınlar bahalaşdı
06 Sentyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1602
04.10.2024, 16:03
Banka kredit götürməyə gedən vətəndaş aldığı məlumatdan şoka düşüb.
Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, İmişli rayon sakini Mirzəyeva Aynurə Tofiq qızı bankların birinə kredit almaq məqsədi ilə müraciət edən zaman onun yüksək vəzifə tutduğu məlum olub.
Bu haqda saytımıza Aynurə Mirzəyeva özü məlumat verib.
“Bankdan kredit almaq istəyirdim.Mənə dedilər ki, sən “Körpü Bina Təchizat" MMC-də sahə rəisi işləyirsən.Aylıq 1348 manat maaş alırsan.Bu sözdən sonra şoka düşdüm.Çünki ömrümdə heç bir yerdə işləməmişəm. Evdar qadınam. Həmin şirkətin də adını birinci dəfədir ki,eşidirdim ”,-deyə Aynurə Mirzəyeva bildirib.
Sayt vətəndaşın başına gələnlərlə bağlı araşdırma aparıb.
Məlum olub ki, Aynurə Mirzəyeva 2019-cu ilin yanvarın 16-dan həmin vəzifəyə təyin edilib.
Vətəndaşın adını qanunsuz yollarla işə yazan “Körpü Bina Təchizat" MMC-nin qanuni təsisçisi Qədirov Tural Qurban oğludur. Sözügedən şirkət 19.08.2020-ci il tarixdən rəsmi qeydiyyata alınıb.Şirkətin rəsmi qeydiyyat ünvanı Yasamal rayonu,İsfəndiyar Zülalov ev 18,mənzil 21-dir.
Araşdırma zamanı o da məlum olub ki, “Körpü Bina Təchizat" MMC-nin vergiyə 56251.90 AZN borcu var.
Bəs bu qədər qanunsuz əməllərə yol verən şirkət rəhbəri bu günə qədər niyə məsuliyyətə cəlb edilməyib?
Əldə etdiyimiz məlumata görə faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində araşdırma aparılır. İş müstəntiq Anar Rzayevin icraatındadır.
Hazırladı: Miri Məcidli
22:27 / 06 Sentyabr 2026
20
22:00 / 06 Sentyabr 2026
30
21:24 / 06 Sentyabr 2026
48
21:14 / 06 Sentyabr 2026
48
21:10 / 06 Sentyabr 2026
47
21:00 / 06 Sentyabr 2026
88
20:32 / 06 Sentyabr 2026
47
20:25 / 06 Sentyabr 2026
67
20:15 / 06 Sentyabr 2026
61
19:58 / 06 Sentyabr 2026
53
19:44 / 06 Sentyabr 2026
78
18:50 / 06 Sentyabr 2026
71
18:40 / 06 Sentyabr 2026
81
18:15 / 06 Sentyabr 2026
80
15:39 / 06 Sentyabr 2026
1553
14:35 / 06 Sentyabr 2026
95
14:16 / 06 Sentyabr 2026
101
14:14 / 06 Sentyabr 2026
87
14:00 / 06 Sentyabr 2026
90
13:25 / 06 Sentyabr 2026
94
12:50 / 06 Sentyabr 2026
105
12:45 / 06 Sentyabr 2026
93
12:42 / 06 Sentyabr 2026
1476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.