Qaynar xətt:

(+99450) 247 90 86

COP29-la bağlı saxta xəbərlər yayan 15 resurs bağlanılıb

COP29-la bağlı saxta xəbərlər yayan 15 resurs bağlanılıb

CƏMİYYƏT

240

25.09.2024, 16:27

"COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır".

Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

"Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb".