Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
23.09.2024, 19:38
Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.
OXU24.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə "ADY Mobile" tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır "Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək.
Qurum, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək.
Belə ki, bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər.
A.Fərəcov bildirib ki, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir: "Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir.
Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır".
00:18 / 08 Sentyabr 2026
3
00:08 / 08 Sentyabr 2026
28
23:59 / 07 Sentyabr 2026
20
23:36 / 07 Sentyabr 2026
104
23:26 / 07 Sentyabr 2026
47
23:22 / 07 Sentyabr 2026
646
23:16 / 07 Sentyabr 2026
55
23:14 / 07 Sentyabr 2026
152
23:09 / 07 Sentyabr 2026
39
22:44 / 07 Sentyabr 2026
67
22:09 / 07 Sentyabr 2026
73
21:59 / 07 Sentyabr 2026
70
21:45 / 07 Sentyabr 2026
59
21:30 / 07 Sentyabr 2026
53
21:23 / 07 Sentyabr 2026
67
21:03 / 07 Sentyabr 2026
56
20:58 / 07 Sentyabr 2026
62
20:54 / 07 Sentyabr 2026
60
19:54 / 07 Sentyabr 2026
76
19:50 / 07 Sentyabr 2026
762
19:48 / 07 Sentyabr 2026
148
19:45 / 07 Sentyabr 2026
69
19:44 / 07 Sentyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.