Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı
23 Noyabr 2026, 09:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
523
21.09.2024, 18:38
Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
OXU24.COM verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir.
xxx
17:44
Ağsu rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
OXU24.COM a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir.
Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.
09:39 / 23 Noyabr 2026
17
09:35 / 23 Noyabr 2026
32
09:31 / 23 Noyabr 2026
72
09:19 / 23 Noyabr 2026
62
08:47 / 23 Noyabr 2026
510
08:32 / 23 Noyabr 2026
103
08:24 / 23 Noyabr 2026
98
00:24 / 23 Noyabr 2026
199
00:11 / 23 Noyabr 2026
245
23:56 / 22 Noyabr 2026
202
23:43 / 22 Noyabr 2026
713
23:28 / 22 Noyabr 2026
691
23:26 / 22 Noyabr 2026
184
22:59 / 22 Noyabr 2026
729
22:36 / 22 Noyabr 2026
206
22:08 / 22 Noyabr 2026
1321
21:14 / 22 Noyabr 2026
209
21:06 / 22 Noyabr 2026
236
20:56 / 22 Noyabr 2026
1885
20:30 / 22 Noyabr 2026
632
19:33 / 22 Noyabr 2026
1237
19:20 / 22 Noyabr 2026
204
19:05 / 22 Noyabr 2026
1580
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.